|
Tükləri evdə təmizləməyin-

Bədəninizdəki istənməyən tüklərdən ən təbii yolla xilas olmaq istəyirsinizsə, oxuyun. Bu yolla tüklərinizdən asan və rahat şəkildə xilas ola biləcəksiz.

2 st şəkər tozu

2 st su

1 çay qaşığı limon duzu

Qazana su və şəkər tozunu əlavə edib təxminən 10 dəqiqə qarışdırın. Limon duzunu da töküb qarışdırmağa davam edin. Qarışım yapışqan hala gəldikdən sonra soyumağa qoyun, bərkiməməsi üçün tez-tez qarışdırın. Bir az keçdikdən sonra istifadəyə hazır olacaq.

Qarışımı əlinizlə bir neçə dəfə çəkib dartın. Sonra tüklü qismə bundan sürtüb, tüklərin çıxma istiqamətinə doğru qopardın. Tünd oldusa isti su əlavə edə bilərsiz. Üsulun uğurlu nəticəsi üçün tüklərin uzunluğunun maksimum yarım sm olması daha yaxşıdır. 

Cia.az