Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi M.Bayramov adına 196 nömrəli tam orta məktəbin 4 " B" sinif şagirdi,vətənpərvər, nümunəvi şagird Məhərrəmli Ləman ibtidai təhsilə əlvida deyib. Ləmanın ibtidai təhsili çətin dövrə pandemiya və müharibə dövrünə təsadüf etsə də, dərslərində daim fəallıq göstərdi və böyük Zəfərin sevincini yaşadı. 5- ci sinfə qədəm qoyan Ləman kövrək hislərlə vidalaşdı ilk müəllimi ilə. Sinif yoldaşları ilə birgə hazırladıqları ədəbi-bədii kompozisiyada çıxış edən Ləman zamanı 4 il əvvələ çəkmək istədiyini dilə gətirdi.
Məhərrəmli Ləman 44 günlük Vətən müharibəsində kiçik ürəyinə böyük arzular sığdırdı. Qarabağ Azərbaycandır şüarı ilə vətənpərvər şagird obrazı yaratdı. Özünü dərk edəndən Qarabağ həsrəti ilə yaşayan Ləman şagirdlərin əsgərə dəstək kompaniyasında ön sıralarda göründü.Balaca qızın böyük arzusu həyata keçdi.
Arzularına,hədəflərinə doğru addımlayan Ləman 2018 -ci ildə birinci sinfə qədəm qoyub,növbəti tədris ilində 5- ci sinifdə təhsilini davam etdirəcək.
Gəlin, vətənpərvər balamıza təhsilinin növbəti pillələrində də fərqlənməyi arzulayaq.
Adının mənası parlamaqdır, parılda,daim parılda! İşığın,sorağın odlar yurdunun hər tərəfinə yayılsın,Ləman!
