|
Maska tələbi yenidən qayıdır -

2 ildən artıqdır ki, koronavirusla mübarizə aparan Dünya indi də meymunçiçəyi virusu ilə bağlı təşviş içərisindədir.


Cia.az bildirir ki,  ABŞ-da aşkar edilən virusdan sonra ölkənin epidemiya üzrə ən nüfuzlu qurumu olan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən (CDC) addım atılıb. Belə ki, CDC mövcud virusla bağlı ikinci dəfə əhaliyə xəbərdarlıq edib və ölkəyə səyahət edən insanlara maskadan istifadəni tövsiyə edib. Səyahətçilərin maska taxıb-taxmaması məsələsi ölkədə geniş  müzakirə mövzusu olub.