|
“Skype”dan möhtəşəm yenilik

«Microsoft» şirkəti ötən aylarda «Skype Translator» (tərcüməçi) xidmətini təqdim edib.

ANS PRESS-in məlumatına görə, bu xidmət «Skype»da danışıqları avtomatik tərcümə edəcək.

Artıq fərqli dillərdə danışan insanlar bir-birləri ilə asanlıqla ünsiyyət qura biləcəklər.

Bəziləri bu funksiyanın ancaq 2-3 ilə işə düşə biləcəyi fikrindədir. Ancaq WPC-2014 beynəlxalq konfransında bu düşüncələri alt-üst edən bir sınaq keçirilib.

Uğurla alınan sınaq mərhələsində ən çox diqqət çəkən məqam isə xidmətin olduqca sürətli işləməsidir.