|
Ukrayna ordusu üç kadırovçunu məhv edib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Severodonetsk şəhərində Çeçenistan Daxili İşlər Nazirliyi xüsusi təyinatlılarının polis kapitanı Asvad İdrisov, gizir Qapur Dakalov və Kadırov alaynın 4-cü taqım komandirinin müavini, baş çavuş Ali Betişev zərərsizləşdirilib.

Cia.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Qeyd edək ki, Çeçenistandan olan döyüşçülər Ukraynada respublikanın başçısı Ramzan Kadırovun alayının tərkibində vuruşurlar.