|
Böyük asteroid Yerə “güllə kimi” yaxınlaşır

Bir neçə gündən sonra bu ilin ən böyük asteroidi Yer kürəsinin yanından keçəcək.

Cia.az  xəbər verir ki, bu barədə “Sayens Alert” məlumat yayıb.

“Mayın 27-də “Empaye Steit Bildinq”dən dörd dəfə böyük olan nəhəng asteroid Yerə yaxınlaşacaq. “7335” adlanan asteroid təxminən 4 milyon kilometr məsafədə planetimizin yanından keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur. Kosmik qayanın nəhəng ölçüsünün diametri 1,8 kilometrdir. Yerə nisbi yaxınlığını nəzərə alaraq, NASA asteroidi “potensial təhlükəli” kimi təsnif edib. Bu o deməkdir ki, asteroidin orbiti nə vaxtsa Yerin orbitinə girərsə, planetimizə böyük ziyan vura bilər”, - məlumatda deyilir.

NASA-nın məlumatına görə isə “7335” bu il Yerə yaxınlaşan ən böyük asteroiddir. Alimlərin fikrincə, asteroid təxminən 76 000 km/saat və ya güllədən 20 dəfə sürətlə hərəkət edir.