|
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - Bu məşhur rejissor vəfat etdi(FOTO)

Azərbaycanın tanınmış rejissoru, Əməkdar incəsənət xadimi Musa Bağırov vəfat edib.

 

Cia.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın tanınmış kinorejissoru, ssenarist, yazıçı, Əməkdar incəsənət xadimi Musa Bağırov bu gün vəfat edib. 

 

Qeyd edək ki, Musa Bağırovun iki gün öncə 90 yaşı tamam olmuşdu. O Azərbaycanda bir çox filmlərin rejissoru, ssenari müəllifi olub.

Allah rəhmət eləsin!