|
Həqiqət Qədirova institut direktoru vəzifəsindən azad edilib

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Cia.az-a bildirib ki, bununla bağlı bu gün müvafiq əmr imzalanıb.

 
 

O qeyd edib ki, H.Qədirovanın yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, H.Qədirova 2017-ci ildən bu vəzifədə çalışırdı.