|
Jurnalistlərə iqtisadi dəstəklə bağlı təkliflər hazırlanır -

Jurnalistlərin iqtisadi müstəqilliklərinin gücləndirilməsi istiqamətində dəstəyin göstərilməsi üçün bir sıra təkliflər hazırlanıb.

Cia.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsədlərdən biri jurnalistlərin iqtisadi müstəqilliklərini gücləndirməyə dəstəyin göstərilməsidir:

“Bu istiqamətdə də MEDİA bir sıra təkliflər hazırlayıb və aidiyyəti üzrə hazırda müzakirələr aparılır".