|
Cəlilabadda 49 yaşlı qadın ürəyindən bıçaqlanaraq öldürülüb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Cia.az-in məlumatına görə, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.