“Gürcüstan Avropada təbii qazın qiymətinə görə Azərbaycandan sonra II və yaxud III yerdədir”.
Cia.az-in yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Avropada qaz kəskin bahalaşsa da, Azərbaycanla imzalanmış müqavilələrə əsasən ölkədə qiymətlər çox aşağıdır: "Buna görə də hamını məsuliyyətli olmağa və vətəndaşlar arasında yanlış fikir yaratmamağa çağırıram”.
İ.Qaribaşvili qeyd edib ki, bütün dünyada olduğu kimi Gürcüstanda da inflyasiya və qiymət artımı problemdir: “Gürcüstan əlbəttə ki, istisna ola bilməz. Belə ki, Gürcüstan dünya bazarının üzvü olan kiçik iqtisadiyyata malik kiçik ölkədir”.
Hökumət başçısı ölkədə benzinin qiymətinə də münasibət bildirib. O deyib ki, Gürcüstan yanacağın qiymətinə görə dünyada 100-cü yerdədir: “Biz nə qaz, nə də neft istehsalçısıyıq. Gürcüstan idxaldan asılı ölkədir. Vətəndaşları təxribatlara uymamağa çağırıram”.
