Bakıda köməksiz vəziyyətdə qalan bir azyaşlı xilas edilib.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Məlumat daxil olan kimi hadisə yerinə nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Fakta bağlı araşdırma aparılır.
Cia.az
