|
“Qarabağ” “Zirə”ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

 

 

Cia.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

Əvvəlcə “Sabah” doğma meydanda “Səbail”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Lider “Qarabağ” isə “Zirə”nin qonağı olub. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

19 mart (şənbə)

“Zirə” – “Qarabağ” - 0:3

Qollar: Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64

 

“Sabah” – “Səbail” - 1:0 

Qol: Kristian Sebalyos, 61