|
21 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

Bakıda 21 yaşlı qadın intihar edib.

 
Cia.az xəbər verir ki, hadisə martın 18-də paytaxtın Nizami rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Sevinc Həsənli kirayədə yaşadığı 9-cu mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü atıb. Onun Beyləqan rayon sakini olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo