|
Bakıda Azərbaycan və Aİ arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək

Avropa İttifaqı (Aİ) Xarici İşlər Xidmətinin siyasi direktoru, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin müavini Enrike Mora Azərbaycanda səfərdədir. Cia.az-ın əldə etdiyi xəbərə görə, Aİ diplomatı azərbaycanlı rəsmilərlə görüşlər keçirəcək.

O, eyni zamanda Aİ-Azərbaycan arasında 3-cü Təhlükəsizlik Dialoquna Aİ tərəfdən sədrlik edəcək.