|
"İŞİD birbaşa Bəşər Əsədin məhsuludur"

"İŞİD birbaşa Suriya prezidenti Bəşər Əsədin məhsuludur".

ANS PRESS-in verdiyi məlumata görə, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond bəyan edib.

BMT-nin mənzil-qərargahında Suriya Milli Koalisiyasının rəhbərliyi ilə görüşən nazir jurnalistlərə müsahibəsində bildirib ki, Bəşər Əsəd İŞİD-ə qarşı mübarizədə Qərbin müttəfiqi ola bilməz.

"O, suriyalıları birləşdirməyə, İŞİD-i məğlub etməyə və genişmiqyaslı beynəlxalq dəstəyi qazanmağa qadir deyil. O, İŞİD-in yaranmasına görə məsuliyyət daşıyır. Əsəd İŞİD-in həll yolu deyil, səbəbidir". - Filip Hemmond belə deyib.