Martın 9-da Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə - Goranboy rayonunda zəlzələ baş verib.
Cis.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.
