|
Azərbaycanda internet vasitəsilə narkotik satanlar 12 il həbs ediləcək

Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Cia.az-in xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur .

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.