|
Məşhur aktyordan pis xəbər

Avstraliyalı aktyor və muğənni Hyu Cekman (Hugh Jackman) pərəstişkarlarını kədərləndirib.
"X adamlar”, "Prestij”, "Fontan”, "Avstraliya”, "Van Helsing”, "Keyt və Leo” filmlərində yaratdığı rollarla milyonların sevgisini qazanan Hyu Cekman ötən günlərdə artıq “Wolverine”a çəkilməyəcəyini bildirib.

Cekman son olaraq “Wolverine 3”ə çəkiləcəyini vurğulayıb. O, bu barədə Avstraliyada qonağı olduğu verilişlərdən birində deyib. 

“Məncə, artıq “Wolverine”dan əl çəkməyin vaxtı çatıb. Düz 17 ildir bu rolu oynayıram. Bu imkanı mənə təqdim edən pərəstişkarlarıma təşəkkür etməyi borc bilirəm, amma üçüncü film məncə yaxşı vida olmalıdır”, – deyə məşhur aktyor bildirib.

Cia.az