Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb.
Bu barədə cia.az-in yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər və Ukraynadaki son vəziyyət, eləcə də qarşıdakı günlərdə keçiriləcək Antalya Diplomatik Forumu müzakirə olunub.
