|
Mövlud Çavuşoğlu sabah Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.

Cia.az xəbər verir ki, səfər sabah - martın 5-də baş tutacaq.

M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.

"Prezident İlham Əliyev bizi qəbul edəcək. Bakıda müzakirə edəcəyimiz bəzi məsələlər var", - XİN başçısı vurğulayıb.