|
Azərbaycan duz bazarında araşdırmalara başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalara başlayıb.

Bu barədə Cia.az-a qurumdan bildirilib.

Məlumata görə, məqsəd antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və qanunazidd hərəkətlərin qarşısının alınmasıdır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.