|
Yevlaxda ağır qəza - Ölən var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, martın 2-də saat 21 radələrində Yevlax rayonunun Duzdağ kəndi ərazisində Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Araşdırma aparılır.