|
FİDE dünya çempionatını təxirə saldı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) komandalararası dünya çempionatını təxirə salıb.

Cia.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Rusiya və Ukrayna arasında davam edən müharibə ucbatından İsrailin ev sahibliyi edəcəyi turnir bu ilin aprelində yox, noyabrda keçiriləcək. 

FİDE Rusiya və Ukraynaya hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.