|
Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

Cia.az-in əldə etdiyi məlumata görə, hadisə martın 2-də paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Bənövşə Xəlilova saat 21 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Şöbəsində araşdırma aparılır.