Cia.az xəbər verir ki, Avropa İttifaqı öz hava məkanını Rusiyanın mülki aviasiyası üçün bağlayıb. Bu barədə açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen öz “Tvitter” səhifəsində verib. Açıqlamada deyilir: “Biz Aİ-nin səmasını Rusiyanın mülkiyyətində, qeydiyyatında, yaxud da nəzarətində olan təyyarələrə bağlayırıq. Oliqarxların şəxsi reaktiv təyyarələri də bura daxildir”.
Rusiyayaya təyyarələri aşağıdakı ölkələrin hava məkanına daxil ola bilməz:
- Böyük Britaniya
- Moldova
- Polşa
- Çexiya
- Estoniya
- Rumıniya
- Latviya
- Litva
- Sloveniya
- İrlandiya
- Bolqarıstan
- Hollandiya
- Avstriya
- Almaniya
- İsveç
- Finlandiya
- İslandiya
- İtaliya
- Belçika
- Fransa
- Danimarka
- Norveç
- Portuqaliya
- Yunanıstan
- Malta
- Lüksemburq
- İspaniya
- Kipr
- Slovakiya
- Macarıstan
- Xorvatiya
- Şimali Makedoniya
- Albaniya
- Kanada (Avropa İttifaqından xaricdə ilk ölkə).
Rusiya Federasiyası da öz növbəsində hava məkanını başqa ölkələrin aviaşirkətlərinin üzünə bağlayır. Bununla da Rusiyada yaşayanlar Avropaya səfər imkanından məhrum olurlar.
