|
Səfirlik azərbaycanlıların Ukraynada yaralanması xəbərinə aydınlıq gətirib

Azərbaycanın Ukraynadakı Səfirliyi sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində azərbaycanlıların yaralanmasına dair xəbərlərə aydınlıq gətirib.

Səfirlikdən Cia.az-a verilən xəbərə görə, iki azərbaycanlının yaralanması ilə bağlı xəbərlər dezinformasiyadır.