|
Azərbaycanda televiziya rejissoru vəfat edib

Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qaziyev vəfat edib.

Bu barədə Cia.az-a ailə üzvləri məlumat verib.

Bildirilib ki, rejissor bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi insult olub.

Qeyd edək ki, A.Qaziyev 1938-ci il mayın 17-də anadan olub. O, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.