Daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazovun əmri ilə Göygöl rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.
Cia.az-in yerli bürosunun əldə etdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Elzadə Cəfərov təyin olunub.
E.Cəfərov bundan öncə Daşkəsən rayon Polis Şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.
