|
Bakı-Moskva-Bakı reysinin uçuş marşrutu dəyişdi

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib. 

Bu barədə AZAL-dan Cia.az-a verilən məlumatda bildirilib

Sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.