Baş Prokurorluq Müdafiə Nazirliyinin polkovnikinin həbsi haqda açıqlama yayıb.
Qurumun Mətbuat xidmətindən Cia.az-a daxil olan xəbərdə bildirilir ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilmiş və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
