|
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı, 24 nəfər öldü - Foto

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Cia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan dünyasını dəyişib.