|
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin 6 terrorçusunu zərərsizləşdirib. Bu barədə məlumatı ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular “Zeytun budağı” zonasına hücuma hazırlaşsalar da, Türkiyə hərbçiləri onları məhv edib.