|
Ötən il Ali Məhkəmənin ləğv etdiyi qərarların sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin ləğv etdiyi qərarların sayı açıqlanıb.

Bu barədə Cia.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, ləğv olunan məhkəmə qərarlarının sayında da 2021-ci ildə artım olub.

Belə ki, 2021-ci ildə 2 520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib ki, bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.