İran aviaşirkətləri 1995-ci ildən bəri ilk dəfə 15 təyyarə alıb.
Ölkəyə qarşı aviasiya texnikasının və ehtiyat hissələrin idxalına qarşı qərb ölkələrinin sanksiyaları tətbiq ediləndən bəri ilk dəfədir ki, belə qərar verilib. Sanksiya 2014-cü ilin əvvəllərində ləğv edilib.
Bundan başqa İran ehtiyat hissələrə sərf ediləcək iki təyyarə alıb. İran nəqliyyat nazirinin sözlərinə görə, bu təyyarələr istifadəyə yararlı deyil və onlardan ehtiyat hissələr kimi istifadə olunacaq.
Təyyarələr (onların yarıdan çoxu Airbus A320) 2003-cü ildən sonra istehsal olunub.
Qeyd edilir ki, ən yaxın 10 il ərzində hava flotunu yeniləmək üçün ölkəyə 400-500 təyyarə lazımdır.
Cia.az
