Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh təşəbbüsü, həmçinin regionun iqtisadi inkişafı ilə bağlı planların təqdimatını keçirəcək".
Cia.az-in yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Almaniyadakı səfiri Levan İzoriya deyib.
Onun sözlərinə görə, İ.Qaribaşvilinin çıxış edəcəyi paneldə xüsusən Azərbaycan və Ermənistanla əməkdaşlıqla bağlı konkret layihələr təqdim olunacaq:
“Müzakirələrə yüksək səviyyəli siyasətçilər, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və ATƏT-in Baş katibi cəlb olunacaq”.
L.İzoriya Gürcüstan Baş nazirinin konfrans çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərinin planlaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı 18-20 fevral tarixində keçiriləcək.
