|
Əsədov bu qərara dəyişiklik etdi

Nazirlər Kabinetinin “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda dəyişiklik edilib.

Cia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində sosial xidmətin göstərilməsi “Sosial xidmət haqqında” qanuna əsasən tənzimlənəcək.

Müəssisəyə qəbul Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na uyğun olaraq aparılacaq.

Həmçinin qərarla müəssisədə sosial xidmətin təşkili qaydası da dəyişib.

Yetkinlik yaşına çatmayanlara müəssisədə aşağıdakı xidmətlər göstəriləcək:

- sığınacaqlara qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun yaşayış yeri ilə təmin edilməsi, onların normal inkişafı üçün şərait yaradılması, şəxslərin pulsuz yemək, geyim, yataq dəstləri, həmçinin zəruri mebel, avadanlıq və ləvazimatlarla təmin olunması;

-mərkəzlərə qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun şəraitdə yerləşdirilməsi, onların normal inkişafı üçün şərait yaradılması, pulsuz yemək və geyimlə təmin edilməsi;

- şəxslərin ilkin tibbi müayinəsi, onlara ilkin tibbi yardımın göstərilməsi və həkim rəyinə əsasən dərman vasitələri ilə, həmçinin xəstəliyi müəyyən edilmiş şəxslərin ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilməsinin təmin edilməsi;

- şəxslərə sosial xidmətin göstərilməsi və onların sosial reabilitasiyasının təşkili məqsədilə sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın və şəxsə sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması, onlara əsasən sosial xidmətin təşkili;

- şəxslərin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi, onların depressiya və inkişafa maneə olan psixi pozuntu vəziyyətindən çıxarılması, yaş göstəriciləri, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq psixoloji yardım göstərilməsi;

- şəxslərin təhsil səviyyəsinin müəyyənləşdirilməsi, onların fiziki və əqli imkanlarına uyğun təhsil almalarına köməklik göstərilməsi məqsədilə müvafiq təhsil müəssisələrinə müraciət edilməsi və bu istiqamətdə təhsil müəssisələri ilə birgə tədbirlərin təşkili;

- şəxslərə sosial-pedaqoji xidmətlərin göstərilməsi;

- şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;

- şəxslərin məişətdə və ictimai yerlərdə davranış qaydalarına riayət etməsi, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılmasına köməklik göstərilməsi;