|
Sabah deputatlar BƏƏ-yə gedir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər.

Bu barədə Cia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.