|
İki əməliyyat üzrə tibbi xidmət limiti artırılacaq

“Təcili hal zamanı limitli tibbi xidmətin limiti bitsə belə əməliyyat icbari tibbi sığorta çərçivəsində icra olunur”.

Cia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertiza şöbəsinin müdiri Nərgiz Ağayeva "Dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda çıxışında deyib.

O bildirib ki, bu xidmət dövlət xəstəxanasında olmayanda özəl tibb müəssisəsinə yönləndirilir.

“Hazırda endoprotez və koxlear implantasiya əməliyyatları üzrə xidmətlər limitlidir. Yeni xidmətlər zərfində bu limit artırılacaq”, – şöbə müdiri bildirib.