Sabirabadda dəm qazından zəhərlənmə qeydə alınıb.
Cia.az-in Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Çığırğan kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Əslan Yusif oğlu vanna otağında dəm qazından zəhərlənib.
O, ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Toksikoloji Mərkəzə yola salınıb.
