|
“ABŞ istənilən ssenariyə hazırdır” - Ağ Ev

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.

Cia.az xəbər verir ki, çıxış yerli vaxtla 15:30-a ( Bakı vaxtı - 00:30) planlaşdırılır.

“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, - Ağ Evin məlumatında deyilir.

“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, - Ağ Ev əlavə edib.⅘