|
Daha iki məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 287 nömrəli “Zəkalar” liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhər Təhsil İdarəsindən Cia.az-a verilən məlumata görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.