|
Azərbaycanda bazar yanır - SON DƏQİQƏ

Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb.

Cia.az Report-a istinadən məlumatına görə, yanğın 11 mağazanı bürüyüb.

Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.