İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini N.İbadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Cia.az-a verilən məlumata görə, onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
