|
Peyvənd olunanların sayı açıqlandı - Foto

Azərbaycanda son sutkada 43 692 nəfər vaksinasiya olunub.

Cia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 069 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 1 788-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 38 835-dir.