|
Bakının mərkəzində su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə Cia.az-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.