|
“Taliban” Əfqanıstanı tərk edən müəllimləri vətənə qayıtmağa çağırıb

Əfqanıstanda taliblərin qurduğu müvəqqəti hökumət ölkədən gedən müəllimlərə müraciət edərək onları elmi tərəqqiyə nail olmaq üçün geri qayıtmağa çağırıb.

Cia.az Ariana News telekanalına istinadla xəbər verir ki, “Taliban” hərəkatı müəllimlərin ölkənin inkişaf məqsədlərindən birinin həyata keçirilməsinə kömək etməli olduğunu qeyd edib. Əfqanıstan hökuməti, həmçinin yeni müəllimləri işə götürmək üçün vəsait ayırdığını da bildirib.

“Vətənini tərk edən kadrlardan xahiş edirik ki, qayıdıb müqəddəs işlərini davam etdirsinlər və ölkənin elmi tərəqqisinə töhfə versinlər”, - deyə Əfqanıstan ali təhsil nazirliyinin müraciətində vurğulanır.