Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan, Yunanıstan, İsveçrə, Livan, Banqladeş və Cibutinin ölkədəki səfirlərinin yerli iş adamları ilə görüşünü təşkil edəcək.
Cia.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, məqsəd Anadoludakı iqtisadi-investisiya potensialını dünyaya tanıtmaqdır. Bunun üçün MÜSİAD-ın Diplomatik Əlaqələr Komissiyasının sədri Osman Nuri Önügören onu müşayiət edən komissiya üzvləri ilə birlikdə adları çəkilən ölkələrin səfirliklərinə baş çəkib.
