Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.
Cia.az xəbər verir ki, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə olunub.
