Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanında dəyişiklik edib.
Cia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb.
